Logo

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğuna qəbul imtahanı keçirilib

18.12.2022 19:33 452 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 dekabr 2022-ci il tarixində inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, həmçinin dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı keçirilib.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, AB, AC və BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. Bu imtahanda 64 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 2 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 2 nəfər, AC4 altqrupu üzrə 1 nəfər, BA2 altqrupu üzrə 2 nəfər, BA3 altqrupu üzrə 13 nəfər, BA4 altqrupu üzrə 12 nəfər olmaqla, ümumilikdə 33 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Bu imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 19-21 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın, həmçinin inzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları (BA, BB) üzrə dövlət qulluğuna qəbul imtahanının nəticələri isə yaxın 2 gün ərzində elan olunacaq. 

Xəbər lenti