Logo

Şirvan-Salyan regionu üzrə "Kod saatı”nın birinci mərhələsi keçirilib

18.12.2022 20:22 394 baxış
IMG

Dekabrın 18-də Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlarda  ümumtəhsil məktəblərinin IV-IX sinif şagirdləri arasında “Kod saatı”nın birinci mərhələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, “Kod saatı”nda şagirdlər "Scratch"- uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə ediblər.

"Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.

Müsabiqənin bu mərhələsində qalib olan şagirdlər müsabiqənin respublika turunda iştirak etmək hüququ qazanacaq.

Xəbər lenti