Logo

Məktəblilər üçün “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib - FOTO

19.12.2022 10:12 429 baxış
IMG

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı qətiyyətli tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirirlər.

"Tehsil.biz"in məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Mədənçilər qəsəbəsi tam orta məktəbində “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Daşkəsən RPŞ-nin əməkdaşları ilə yanaşı, məktəbin pedaqoji heyəti və şagirdləri iştirak edib. 

Daşkəsən RPŞ-nin rəisi, polis polkovniki  Seymur Əfəndiyev çıxış edərək dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın gətirdiyi bəlalardan, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. 

O öz çıxışında ən böyük sosial bəlalardan olan narkomaniyanın cinayətkarlığın artmasına təkan verdiyini və gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat yaşamağa və mənəvi kamilliyə, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yaşamağa çağırıb.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Xəbər lenti