Logo

"Bu gün Türkiyə-Azərbaycan-Türkmənistan əlaqələrində yeni səhifə açıldı"

19.12.2022 14:38 539 baxış
IMG

Azərbaycan,Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Bu gün Türkiyə-Azərbaycan-Türkmənistan əlaqələri ən yüksək səviyyədədir .Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır

Azərbaycan ilə Türkmənistan ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir.

Azərbaycan tranzit ölkə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.

Hazırda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi şimal qonşumuzun əsas ümid yeridir. Onu da qeyd edək ki, Rusiyanın Zəngəzur dəhlizinə maraq göstərməsi də alternativ marşrut əldə etmək istəyi ilə bağlıdır. Zəngəzur dəhlizinin fəaliyyəti Rusiya üçün yeni bir nəfəsliyin açılması deməkdir.

"Şimal-Cənub" dəhlizinin fəaliyyətə başlaması Çinin də marağındadır. Bu ölkə də ABŞ-la yaranan gərginlikdən, ola biləcək sanksiyalardan yayınmaq üçün yeni marşruta maraq göstərir.

Beynəlxalq aləmdə baş verən bütün bu yeni iqtisadi münasibətlər isə ölkəmizin xeyrinədir. Belə ki, Azərbaycan Avropa İttifaqı ilə yeni müstəvidə iqtisadi münasibətlər qurur. Azərbaycan həmçinin Avropa üçün mühüm tranzit ölkəsi kimi də önəmli rol almağa başlayıb. "Şərq-Qərb", "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat dəhlizlərində açar ölkə Azərbaycandır. Ölkəmizin dünya ticarətinin aparılmasında önəmli rol oynaması bizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır. Beləliklə, Azərbaycan dünyada mühüm əhəmiyyət daşıyan tranzit ölkəsi kimi yeni status qazanır.

Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti vardır. Belə ki, nəzərdə tutulan kommunikasiyalar açılandan sonra, Qafqazın iqtisadi mənzərəsinin və geosiyasi konfiqurasiyanın dəyişəcəyi barədə istər regional (Gürcüstan, İran, Türkiyə və Rusiya), istərsə də regionda marağı olan Qərb və ərəb dövlətlərinin, həmçinin və Çin KİV-lərində çoxsaylı yazılar dərc olunur. Həmin materiallarda Abxaziyadan keçən dəmir yolu xətlərinin açılması yenidən gündəmə gətirilir. Eyni zamanda, hətta bəzi ekspertlər Zəngəzur dəhlizi açıldıqdan sonra Çinin əldə edəcəyi faydanı hesablamağa çalışırlar.

Hazırda Azərbaycanın beynəlxalq aləmdə oynadığı rol , düşüünülmüş daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir.

Yuxarıda söylənilənlərdən aydın olur ki, bu dəhlizin açılması regional və beynəlxalq yükdaşımalarda əsas “həlqə” statusunu qazanacaqdır. Azərbaycan Prezidebti bu dəhlizin açılması ilə bağlı istər müharibənin gedişi zamanı, istərsə də ondan sonra rəsmi Bakının bu sahədə olacaq istənilən əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan etmişdir. O bildirmişdir ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir. Əgər müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmaq istəyirsə, Azərbaycan tərəfindən hər hansı bir maneə olmayacaqdır. Azərbaycan yalnız regional məsələlərdə deyil, böyük bir türk coğrafiyasında və dünyada əhəmiyyətli ölkəyə, söz sahibinə çevrilib.

Mahiyəddin Mazanov
Yeni Azərbaycan Partıyası Goranboy rayon təşkilatının əməkdaşı

Xəbər lenti