Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə tabe ümumi təhsil müəssisələrində intihar və intihara cəhd edilməsi hadisələrini minimuma endirmək üçün direktorlar, psixoloqlar tərəfindən şagirdlərlə maarifləndirici görüşlər keçirilib
Tehsil.biz xəbər verir ki, risk qrupuna daxil olan şagirdlər və onların valideynləri ilə fərdi qaydada profilaktik söhbətlər aparılıb.
Qeyd edək ki, məktəblərdə şagirdlərlə bu səpkidə mütəmadi olaraq söhbətlər aparılır, problemli şagirdlərin davranışlarının nəzarətdə saxlanılmasına xüsusi diqqət edilir.