Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 2594 nömrəli Sərəncamı ilə su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyaya işğaldan azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı, habelə yağış sularının idarə olunması ilə bağlı tədbirlərin əlaqələndirilməsinin Əlaqələndirmə Qərargahı ilə birlikdə təmin edilməsi tapşırılmışdır.
Keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı, onlar üçün yüksək şəraitin yaradılması Qarabağda qalan erməni əsilli Azərbaycan vətəndaşlarının seçimi üçün də böyük önəm kəsb edir. əslində, Qarabağda yaşayan ermənilər Azərbaycan dövləti tərəfindən onlara hansısa ayrıca status verilməyəcəyini artıq yaxşı başa düşürlər. Ölkəmiz ən yüksək səviyyədə bəyan edib ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz.
Elə bu fonda Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi münasibət sərgilənəcək. Yəni onlar Azərbaycan vətəndaşlarının malik olduğu bütün hüquqlara malik olacaqlar. Azərbaycanın tolerant, multikultural ölkə olması Qarabağda qalan erməni əsilli Azərbaycan vətəndaşları tərəfindən də yaxşı sezilir. Digər tərfdən yalnız Azərbaycan onlar üçün layiqli həyat tərzini təmin etmək iqtidarındadır. Bu mənada onların bir çoxunun Azərbaycan vətəndaşlığını seçib bölgədə yaşamlarına davam etməsi gözlənilir. Məhz bu da o deməkdir ki, həmin ermənilər geri qayıdacaq Azərbaycanın keçmiş məcburi köçkünləri ilə birgə yaşama da indidən hazır olmalıdırlar.
Mövcud bütün şərtlər Qarabağda qalan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya dövrünün yetişdiyini göstərir. İnteqrasiyanın hansı formulla baş tutacağına isə prezident İlham Əliyev belə aydınlıq gətirib: “Biz Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır.
Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər”. Beləliklə, Azərbaycanın mövqeyi qətidir və seçim ermənilərindir.
Əyyublu Samir