Logo

"Valideyn dəstəyi ilə məktəbdə psixososial durumun yaxşılaşdırılmas" layihəsinin seminarları davam edir - FOTO

19.12.2022 16:53 495 baxış
IMG

Bərdə rayonunda "Valideyn dəstəyi ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması" layihəsinin seminarları davam edir.

Tehsil.biz xəbər verir ki, seminarlar Bərdə rayon Uğurbəyli kənd tam orta məktəbində keçirilir.

Seminarın mövzusu valideyn-şagird münasibətlərində anlaşılmazlığı aradan qaldırmaqdır. Seminarlar təlimçilər Təhminə Həsənli və İlkin İsmayıllı tərəfindən icra edilir.

Həmçinin seminarda layihə rəhbəri Aytac Əhmədova, Bərdə rayon Təhsil Sektorunun əməkdaşları Afət Musayeva və Aygün Xəlilova iştirak edib.

Qeyd edək ki, layihənin məqsədi valideynin məktəblə əməkdaşlığı və bu əməkdaşlığı gücləndirmək, valideyn şurasının əhəmiyyətini diqqətə çatdırmaqdır. 

Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində qalib olub.

Xəbər lenti