Elm və Təhsil Nazirliyi “Rəqəmsal bacarıqlar” layihəsi üzrə 2022-ci ilin statistikasını açıqlayıb.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, layihə 48 şəhər və rayonda 418 məktəb üzrə 300 min şagirdi əhatə edir.
Cari tədris ilindən 23 məktəbin X siniflərində yaradılan “Rəqəmsal bacarıqlar” təmayül siniflərində 400-dən çox şagird təhsil alır.
X-XI təmayül siniflərində 700-dən çox şagird təhsilini davam etdirir.