Logo

Gəncədə tibb işçiləri və məktəblilər üçün təlimlər təşkil olunub - FOTO

19.12.2022 19:28 504 baxış
IMG

Gəncə Şəhər İcra Hakimiyyəti və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin birgə təşkilatçılığı ilə “Erkən nikah və qohum nikahların mənfi nəticələri” və “Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması” mövzularında maarifləndirici tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Adil Tağıyev, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktoru Nazim Əhmədov, həkim və psixoloqlar, həmçinin yuxarı sinif şagirdləri iştirak ediblər. 

Nazim Əhmədov tədbir iştirakçılarını salamlayaraq, onlara görüşün əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və ailədaxili zorakılıq hallarına səbəb olur. 

Adil Tağıyev bildirib ki, erkən nikah və qohumlar arasında nikah halları Azərbaycanda aktual ailə problemlərindən biridir. Bu halların baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə əlil uşaqların dünyaya gəlməsinə və nəticədə sosail cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

Daha sonra “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin psixoloqu Zərif Qurbanova, ailə həkimi Tükəzban Məmmədova və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin psixoloqu Vüsalə Balayeva “Erkən nikahların fiziki və psixoloji təsirləri”, “Qan qohumluğunun mənfi nəticələri” mövzuları ətrafında məruzə ilə çıxış ediblər. 

Tədbir diskussiya şəraitində davam edib.

Xəbər lenti