Dekabrın 19-da Bərdə rayon R.Orucov adına Saatlı kənd tam orta məktəbin müəllimi Bağırova Mehribanın təşkilatçılığı ilə "Tanıyaq tanıdaq" layihəsi əsasınında Bərdə Tarix diyarşünaslıq muzeyində şəhidlərimizə həsr olunmuş "Açıq dərs" keçirilib.
Tehsil.biz xəbər verir ki, açıq dərs 44 günlük Vətən müharibəsi şəhidlərindən Nofəl Qənbər oğlu Əlizadəyə həsr edilib. Müəllim şəhidin həyatı və şərəfli döyüş yolundan danışıb, şagirdlər şəhidə həsr edilmiş şerlər söyləyiblər.
Dərsin sonunda şəhidə həsr olunmuş videoçarx nümayiş olunub.