Logo

Daşkəsəndə müəllimlərin maaşını direktorun alması ilə bağlı RƏSMİ AÇIQLAMA

20.12.2022 10:58 412 baxış
IMG

Daşkəsən rayon Astaf kənd tam orta məktəbində özbaşınalıq hökm sürməsi ilə bağlı xəbər vermişdik.

"Tehsil.biz"in məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat paylaşılmışdı.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi iddialarla bağlı açıqlama verib. Qurumdan "Tehsil.biz"ə bildirilib ki, yayılan məlumatlarla bağlı araşdırma aparılıb:

"Məsələ araşdırılıb və həqiqətə uyğun olmadığı məlum olub. Belə ki, iddiaçı şəxslə söhbət aparılıb. Şəxs izahatında qeyd edib ki, onun adına açılan feysbuk profilindən və bu profillə məktəb direktoru haqqında paylaşılan yazılardan xəbəri yoxdur. O, sosial şəbəkə işlətmə bacarığına malik deyil".

Fəqan Əzimli

Xəbər lenti