Logo

MDU-da təlimlər: "Özünü kəşf et və məqsədlər" - FOTO

20.12.2022 12:49 256 baxış
IMG

Dekabrın 15-də Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə tələbələr üçün karyera inkişafı ilə bağlı təlimlər keçirilib.

Tehsil.biz xəbər verir ki, “Sənayenin təşkili və idarəetmə” kafedrasının müəllimi Babək Hüsüyev “Özünü kəşf et”, “Fizika və ekologiya” kafedrasının müəllimi Şəbnəm İslamova isə “Məqsədlər” mövzusunda təqdimatlarla çıxış edərək  özünü tanımaq və özünü inkişaf, hədəf və məqsədlərin düzgün seçilməsi məsələlərindən bəhs edib və iştirakçıların suallarını cavablandırıblar.

Təlimlər tələbələr tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da gənclərin hərtərəfli inkişafı diqqət mərkəzində saxlanılır, onların əlavə bilik və bacarıqlarının artırılıması məqsədilə müvafiq təlimlərin təşkilinə xüsusi önəm verilir.

Xəbər lenti