Logo

“Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzusunda elmi konfrans keçiriləcək

20.12.2022 13:40 244 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü il mayın 2-də “Heydər Əliyev və Azərbaycan muzeyləri” mövzusunda respublika elmi konfransını keçirəcək.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Konfrans 1969-1982-ci illərdə Azərbaycanda muzey işinin inkişafında yeni mərhələnin başlanğıcı; Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda muzey işi sahəsində yeni addımlar; Heydər Əliyev və Azərbaycanın tarixi-mədəni irsinin qorunması, öyrənilməsi, təbliği; XXI əsr Azərbaycanda muzey işinin inkişafında yeni mərhələ bölmələrini əhatə edəcək.

Tədbirdə iştirak etmək üçün məruzələr 2023-cü il martın 30-dək [email protected] ünvanına göndərilməlidir. Məruzələrin qəbul edilməsi haqqında məlumat aprelin 20-dək elan olunacaq.

Xəbər lenti