2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərini 1 751 nəfər məktəbi fərqlənmə attestatı ilə başa vurub.
Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, onlardan 982 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 769 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.