Logo

BMU-nun tələbələri düşmənin informasiya müharibəsinə qarşı platforma yaradıblar

07.10.2020 00:54 509 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrinin təşəbbüsü ilə “Qarabağ Azərbaycandır” #KarabakhIsAzerbaijan adlı platforma yaradılıb. Platformanın yaradılmasında məqsəd işğalçı ölkə Ermənistanın yaydığı yalan məlumatların qarşısını almaq, informasiya sahəsində düşmənə qarşı mübarizə aparmaq və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etməkdir.



Tehsil.biz xəbər verir ki, BMU-nun tələbələri işğalçı ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin, Qarabağ həqiqətlərinin sosial şəbəkələrdə müxtəlif dillərdə geniş auditoriyaya çatdırılmasında fəal iştirak edirlər. Platformanın üzvləri minlərlə tələbədən ibarətdir. BMU-nun tələbələri ilə bərabər ADA, Bakı Dövlət Universiteti, Xəzər Universitetinin tələbələri də fəallıq nümayiş etdirirlər.


Qeyd edək ki, “Əl-Cəzirə” televiziya kanalının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı reportajda BMU-nun tələbələrinin bu fəaliyyəti də işıqlandırılıb

Xəbər lenti