Ermənistan tərəfindən Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərindəki təbii sərvətlərin qanunsuz şəkildə istismar edilir.
Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası davam edir. Tələb budur ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir.
Dünyanın nüfuzlu təşkilatları və aparıcı dövlətləri 30 il Ermənistanın işğalçılıq siyasətinə necə laqeyd yanaşdılarsa, bu gün də həmin seyirçi mövqeni Azərbaycan ərazilərində təbii sərvətlərin talan edilməsinə, ekoloji terrora münasibətdə nümayiş etdirirlər. Azərbaycan xalqı növbəti dəfə haqqın, ədalətin bərpası istiqamətində birliyini nümayiş etdirir. Etiraz aksiyasının iştirakçıları tələbləri yerinə yetirilənə qədər bu addımlarını davam etdirəcəklərini bildirirlər. Məhz Şuşa-Laçın yolunda həyata keçirilən bu aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir. Demək vətəndaş cəmiyyətinin bu mövqeyi diqqətə alınmalıdır. Bizim həmin ərazilərimizdə təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun reallaşmalıdır
Ermənistan tərəfinin iddialarının tamamilə əsassız dır.Laçın yolundakı məhdudiyyətlərin azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya sülhməramlı kontingenti tərəfindən yaradıldığı, etiraz aksiyasının məqsədinin yolun bağlanması deyil, talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısının alınması olduğu, mülki təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə törədilməyib.
Ermənistan yenə də havadarlarının dəstəyinə arxalanaraq baş verənlərdə Azərbaycanı günahlandırmaq üçün qərəzli təbliğata start verib. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısı alınmalıdır. Cinayətin qarşısı mütləq alınmalıdır. Kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir.
Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq, Laçın yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması üçün istifadə etdiyi, bununla da Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə zidd olaraq, qanunsuz fəaliyyətlərini davam etdirdiyi diqqətə çatdırılıb. Ermənistanın bu cür qanunsuz fəaliyyətlərinə son qoyulmalıdır.Ermənilər öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur.Azərbaycan dövləti Ermənistandan fərqli olaraq hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə siyasət aparır.
Mahiyəddin Mazanov
YAP Goranboy rayon təşkilatının əməkdaşı