Bu il respublika fənn olimpiadalarında qalib olan şagirdlərin sayı açıqlanıb.
Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, il ərzində olimpiadalarda ayrı-ayrı fənlər üzrə 397 şagird qalib olub.
Onlardan 72 nəfər birinci, 139 nəfər ikinci, 186 nəfər isə üçüncü yeri tutub.