Logo

Şəxsi kabinetin parolunu necə bərpa etmək olar? - Abituriyentlərin NƏZƏRİNƏ

21.12.2022 11:17 593 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) şəxsi kabinetin parolunun unudulduğu zaman abituriyentlərin nə etməli olduqları haqda məlumat paylaşıb.

Tehsil.biz xəbər verir ki, DİM-in məlumatına görə, şəxsi kabinet yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər ekabinet.dim.gov.az saytında “Parolu unutmuşam” linkinə daxil olub istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi e-mail ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edirlər.

Bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir. İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni parol təyin edir.

Qeydiyyatdan keçən zaman e-mail ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə şəxsiyyət vəsiqəsini gətirməklə DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib parolu əldə edə bilərlər.

Mərcanə Əsədova

Xəbər lenti