Logo

Dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər olacaq

21.12.2022 12:13 416 baxış
IMG

"Azərbaycanda dövlət qulluğu imtahanları ilə bağlı ciddi dəyişikliklər aparılır".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Məsələ ilə əlaqədar strategiyanın təsdiqləndiyini bildirən DİM sədri qeyd edib ki, bu strategiya çərçivəsində səriştə modelinə keçilməsi nəzərdə tutulur:

“Ona görə bizim ekspertlər və mütəxəssislər yeniliklərə hazır olmalıdır. Pilot layihələr əsasında yeni normativləri təqdim edəcəyik və bu addımı atarkən vətəndaş cəmiyyəti ilə dialoq quracağıq”.

M.Abbaszadə bildirib ki, dünya üzrə dövlət qulluğunda 58 % insanlar işləyir:

"Bizim ölkədə isə bu rəqəmlər dəqiq deyil. Düşünürük ki, bizim ölkədə də bu rəqəmlər bağlı araşdırmalar aparılmalıdır".

Xəbər lenti