Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeçiliyində olan Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən "Peşə seçimində özünü kəşf et" layihəsinin bağlanış tədbiri keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə məktəbin şagirdləri, layihənin iştirakçıları və məktəb rəhbərliyi iştirak edib.
Sonda iştirakçı şagirdlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihənin məqsədi Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbin 8, 9 və 10-cu sinif şagirdlərini peşə seçiminə düzgün yönləndirmək, onlara doğru yol göstərmək və bu istiqamət üzrə inkişafa nail olmaqdır.