Logo

"Azərbaycan dövləti Laçın yolunu bağlamayıb"

21.12.2022 13:39 393 baxış
IMG

Azərbaycan dövləti Laçın yolunu bağlamayıb, tam tərsinə həmin yolu yüksək səviyyədə çəkib və mülki məqsədlər üçün, sülhə, birgəyaşayışa, mehriban qonşuluğa xidmət üçün istifadəyə verib.

Üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli məlum Üçtərəfli bəyanatı pozan tərəf heç zaman biz olmamışıq, tam tərsinə, Ermənistan həmin bəyanatın müddəalarını yerinə yetiriməmiş, özəlliklə IV bəndə zidd şəkildə erməni silahlı birliklərini hələ də bizim ərazilərdən çıxarmamış, VI bəndə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə etmişdir. Üstəlik, bəyanatın daha bir bəndi – IX bənd üzrə öhdəliyinə zidd olaraq, Ermənistan bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törətmişdir.

Ermənistan rəsmi dairələrinin, onların yandaşlarının guya “Laçın yolu”nun bağlanması – Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin humanitar böhranla üzləşməsi haqqında “iddia”larına gəldikdə isə buna ən tutarlı cavab rəsmi qurumlarımızdan gəldi: həmin yol Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının “sülhməramlı” kontingenti tərəfindən bağlanıb. Yəni bizim etiraz aksiyası keçirən vətəndaş cəmiyyəti institutları fəallarımız yol bağlayan deyil, öz ölkələrinin suveren hüquqlarını tələb edən tərəfdir".

Azərbaycan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxışı, qanunsuz istismarın dayandırılmasını, ümumən müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılmasını, ekologiyaya, ətraf mühitə potensial risklərin qiymətləndirilməsini, dəymiş zərərlərin nəticələrinin mümkün qədər qısa müddət içində aradan qaldırılmasını istəyir. Şuşa-Laçın yolundakı etiraz aksiyasında iştirak edən Azərbaycan ekoloqlarını, təbiətsevərlərimizi, onların timsalında vətəndaş cəmiyyəti institutları təmsilçilərimizi alqışlamaq, göstərdikləri dəyanət üçün onlara təşəkkür borcluyuq. Bu, Azərbaycan ictimaiyyətinin tam haqlı narazılığıdır və hər kəs bundan nəticə çıxarmalıdır. Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlərini Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisi olduğunu görürük. Bununla yanaşı, belə bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə tam olaraq ziddiyət təşkil edir.

Həsən Şirinov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı

Xəbər lenti