Logo

Elm və Təhsil Nazirliyi xarcidə təhsillə bağlı bəzi statistik göstəriciləri açıqlayıb

21.12.2022 14:00 405 baxış
IMG

2022-2023-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanda 149, Çində 31, Rumıniyada 3, Rusiyada (MGIMO) 10, Latviyada 10, Türkiyədə (YTB xətti ilə doktorantura üzrə) 7, Qazaxıstanda 1, ümumilikdə isə 211 tələbə dünyanın 7 müxtəlif ölkəsinə aid 44 ali təhsil müəssisəsində təhsil imkanı əldə edib.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-ci ildə keçirilən müsabiqələr nəticəsində dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində 15 prioritet ixtisas istiqamət üzrə dünyanın 18 ölkəsinə aid nüfuzlu 111 ali təhsil müəssisində 353 nəfər (80 nəfər bakalavriat, 273 nəfəri isə magistratura) təhsil hüququ qazanıb.

Xəbər lenti