Bu il qış fəsli Azərbaycana dekabrın 22-də saat 01:48-də daxil olacaq.
Bu barədə "Tehsil.biz"ə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, həmin zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək. Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olacaq. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə, 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə, 38 saniyə olacaq.