Məktəbəqədər yaşda uşaqlar sosial və emosional inkişaflarını gücləndirməyi öyrənirlər.
Burada uşaqlar güzəştə getməyi, hörmət etməyi və problemləri həll etməyi öyrənirlər. Məktəbəqədər təhsil müəssisəsi uşaqların araşdırması, özünü hiss etməsi, həmyaşıdları ilə oynaması və özünə inamı formalaşdırması üçün şərait yaradır.
Azərbaycanda və qonşu ölkələrdə məktəbəqədər yaşda və ibtidai təhsil sferasında elmi jurnalların təhlilinə baxsaq şahidi olarıq ki, qardaş Türkiyədə bu sahədə 7 Rusiyada 15 elmi jurnal vardır. Onların mütləq əksəriyyəti beynəlxalq indeksləmə bazalarında mövcuddur. Bəs bizdə necə? Yalnız 1 elmi jurnal. Adı isə “Məktəbəqədər və ibtidai təhsil” jurnalıdır. 1970-ci ildən təsis edilib. Baş redaktoru Yəhya Kərimov vaxtında jurnal ildə 25–28 min tirajla çap olunurdu. Jurnal kifayət qədər ciddi indeksləmə bazalarında və arxivlərdə mövcuddur.
Məs. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası; ESJI (Eurasian Scientific Journal Index); ERIHPLUS (European Reference Index for the Humanities and Social Sciences); DRJI (Directory of Research Journal Indexing); CiteFaktor (Academic Scientific Journals); ROOTINDEXING;İdealonline; Calameo;Internet archive və Academia.edu. Hesab edirəm ki, biz bu istiqamətli elmi jurnalların sayını artırmaq və ciddi elmi tədiqatlar aparmaqla cəmiyətimizin inkişafına töhvə verə bilərik.
Vüsal Kərimli