Logo

Bu layihənin bağlanış tədbiri keçirilib

21.12.2022 17:17 297 baxış
IMG

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş "İnklüziv formada Fiziki tərbiyə  məşğələləri və idman yarışlarının keçirilməsi" layihəsinin bağlanış tədbiri keçirilib. 

Tehsil.biz xəbər verir ki, Gəncə şəhərində sağlamlıq imkanları yetərli olan şagirdlər ilə sağlamlıq imkanları məhdud olan şagirdlərin bir yerdə təhsil - inklüziv təhsil almasını təmin etmək məqsədi ilə keçirilən layihə 3 ay müddətində davam edib və sözügedən layihədə 30 şagird iştirak edib.

Layihənin yekununda iştirakçı şagirdlərə sertifikat təqdim edilib.

Xəbər lenti