Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 129 yeni yoluxma faktı qeydə alınıb, 90 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 825 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 034 nəfər müalicə olunaraq sağalıb, hazırda 623 aktiv xəstə var. Bu günə qədər 9 999 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 7073, bu günə qədər isə ümumilikdə 7 412 931 test icra olunub.