Logo

ASAPES komandası çempion oldu - FOTO

21.12.2022 18:15 312 baxış
IMG

Sumqayıt Dövlət Universitetinin yaranmasının 60 illiyi münasibətilə Azərbaycan Tələbə Futbol Federasiyasının ali təhsil müəssisələri arasında təşkil etdiyi mini-futbol turnirində Azərbaycan Dövlət Bədən Tərbiyəsi cə İdman Akademiyası (ASAPES) komandası çempion olub.

Bu barədə "Tehsil.biz"ə ASAPES-dən bildirilib.

Qeyd edilib ki, finalda BDU-dan olan rəqiblərini 2:1 hesabı ilə məğlub edən ASAPES təmsilçiləri çempion kubokunu başları üzərinə qaldırıblar.

Xəbər lenti