Bildiyiniz kimi, 2023-cü ildə 13 Ali Təhsil Müəssisəsinin institusional akkreditasiyası keçiriləcək.
Akkreditasiya Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli qərarı ilə təsdiq edilmiş meyarlara əsasən aparılacaq. Meyarların Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyayanın (ENQA) tələblərinə uyğun olduğunu hamı bilir.
Əsas məsələ isə aşağıda qeyd edəcəklərimdir.
1. Hazırlanacaq sənədlərin forması necə olacaq və o hansı xarakteri daşıyacaq? Məs: 2.1. Keyfiyyət təminatı siyasəti və Beynəlmiləlləşmə siyasəti.
İndi Təhsildə Keyfiyyət Təminatı Agentliyi aydınlıq gətirsin görək hazırlanacaq sənədin forması necə olacaq? Yəni sənəd nizamlayıcı, təlimati yaxud texniki sənəd xarakterində olacaq?
2. Keyfiyyət təminatı üzrə qoyulmuş (2., 2.1., 2.2., 2.3. bəndlər) tələblərin qiymətləndirilməsi üçün nizamlayıçı formalar hazırlanıbdırmı? Əksər ATM-də müvafiq bölmə/şöbə qiymətləndirməni hansı formalara uyğun aparacaqlarını bilmir və ya bundan xəbərsizdir!
3. Digər məsələ infrastrukturla bağlıdır. 6.1.7. ATM-də distant təhsil infrastrukturunun mövcudluğu vəziyyəti.
Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarında heç bir qeyd yoxdur.
Yəni, distant təhsil infrastrukturu haqqında heç bir təlimat olmadığı halda bu məsələ necə nizamlanacaq?
Standartı olmayan bir işin yoxlanılması necə aparılacaq?
Vüsal Kərimli