Logo

"eTwinnig" layihəsi üzrə Şamaxıda regional konfrans keçirilib

21.12.2022 23:48 436 baxış
IMG

19-21 dekabr 2022-ci il tarixlərində Şamaxıda “eTwinning” layihəsi çərçivəsində üçgünlük regional konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri Rövşən Əliyev, Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin şöbə müdiri Fidan Nəcəfova, layihə səfirləri və  Azərbaycanın 16 bölgəsindən 59 nəfər müəllim  iştirak edib. Konfransın nəticəsi olaraq  26 ortaq dərs modeli yaradılıb.

Qeyd edək ki, təşkil olunan konfransın əsas məqsədi region müəllimləri üçün İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil, beynəlxalq tərəfdaşların tapılması və layihənin regionlarda inkişafını təmin etməkdir.

Xəbər lenti