Logo

Ekspert: "Kurslar ve repetitorlar olmasa, uşaqların nəticələri də aşağı olacaq"

22.12.2022 09:40 482 baxış
IMG

"Bəzən repetitorluğun üstünə düşürlər ki,bunun qarşısını necə edək ki alaq? Məktəblərdə dərs keçirilsə, repetitorluğa ehtiyac olmaz".

Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsilin idarə olunması üzrə mütəxəssis Adil Vəliyev bildirib.

O qeyd edib ki, dünyanın 4 bir yanında adı fərqli olsa da, repetitorluq da var, kurslar da:

"Burda nə eyib bir şey var ki, siz bunun qarşısını almaq üçün çalışırsınız? Yaxud sualı başqa formada versək, kurslar ve repetitorlar olmasa, uşaqların nəticələri də aşağı olacaq axı. Məktəblərdə dərsə gəldikdə isə məlumat üçün deyim ki, özəl məktəbə gedən uşaqlar da dərsdən sonra repetitor yanına hazırlığa gedir. Yəni ki, bu məsələ ancaq məktəbdə təhsilin və tədrisin keyfiyyəti ilə əlaqəli deyil. Təhsilverənin və təhsilalanın da ötürmə və qəbul etməsi ilə əlaqədardır".

Fəqan Əzimli

Xəbər lenti