Logo

“Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” adlı monoqrafiya işıq üzü görüb

07.10.2020 00:56 465 baxış
IMG

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” adlı monoqrafiyası nəşr olunub.
Bölmənin mətbuat xidmətindən bildirilib ki, AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə işıq üzü görən tədqiqat əsəri “Məmməd Araz dünyası elmi-ədəbi yaddaş işığında” adlı “Ön söz”dən, giriş, iki fəsil nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Müəllif görkəmli Xalq şairi Məmməd Arazın çoxcəhətli və zəngin yaradıcılığını tədqiqata cəlb edib. Monoqrafiyada Məmməd Araz yaradıcılığında ümummilli məsələlər, Azərbaycan xalqının milli-mənəvi taleyi və dəyərlərini əhatə edən, qüdrətli söz ustadının sənətkarlıq məsələləri və məharətini özündə ehtiva edən problemlər təhlil obyektinə çevrilib. Burada şairin yaradıcılığındakı xalq yaradıcılığı, düşüncəsi və dəyərlərinə sədaqət, yaradıcılığının milli-mənəvi məğzi və qayəsi, şeirlərinin dil-üslub xüsusiyyətləri kimi məsələlər əksini tapıb.
Ali məktəb tələbələri, elmi tədqiqatçılar, ədəbiyyat adamları və geniş oxucu kütləsi üçün nəzərdə tutulan vəsaitdən Məmməd Araz yaradıcılığını sevən hər kəs istifadə edə bilər.

Xəbər lenti