Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının və Qızılağac Milli Parkının əməkdaşları üçün təlimlər təşkil edilib.
Tehsil.biz xəbər verir ki, LDU müəllimlərinin apardığı ilk təlimdə sözügedən qurumların 40-dan yuxarı əməkdaşı iştirak edib.
Tədbirin ilk günündə “Biologiya və ekologiya” kafedrasının müdiri, dos. Məmmədhüseyn Hüseynovun “Bioloji müxtəliflik, strukturu və səviyyələri, “Coğrafiya və onun tədrisi metodikası” kafedrasının müəllimi Samir Salayevin “Bioloji müxtəlifliyin öyrənilməsində və qorunmasında coğrafi informasiya sistemlərinin tətbiqi” mövzusunda məruzələri dinlənilib.
Təlimlər davam edir.