2022-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 68 ümumi təhsil müəssisəsində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə operativ monitorinqlər keçirilib.
Bu barədə "Tehsil.biz"ə BŞTİ-dən bildirilib.
Qeyd olunub ki, monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılıb. Monitorinqin nəticələri və müvafiq tövsiyələr təhsil müəssisələrinə təqdim olunub.