Logo

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Odlar Yurdu Universitetinə təyinat aldı

18.02.2021 13:40 913 baxış
IMG

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova işdən ayrılıb.


Tehsil.biz xəbər verir ki, P.Məmmədova bu barədə özü bildirib.

 

“2018-ci ildən fəaliyyət göstərdiyim və mənə çox doğma olan Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə yollarımız ayrılır.

 

Hər birinizə dost münasibətiniz, sıx əməkdaşlığınız üçün çox təşəkkür edirəm. Ümid edirəm aramızda anlaşılmazlıq olmayıb. Ünvanladığınız sorğulara, müraciətlərə əlimdən gəldiyi qədər tez münasibət bildirməyə çalışmışam. Buna ən böyük səbəb isə mediaya dost, bütün məsələlərə diqqətlə yanaşan və müsbət həllinə çalışan rəhbərlə çalışmağım olub. Əməyinə dəyər verilməsi möhtəşəm hissdir.

 

Nəqliyyatda 8 il. Bütün rəhbərlərimə təşəkkür etmək istəyirəm. Çünki mən bu sahədə böyüdüm, çox şey öyrəndim”.

 

O, yeni işə başladığını də qeyd edib:

 

“Dostlar, heç nə bitmir, yolumuz uzundur. Əməkdaşlığımıza qaldığımız yerdən davam edəcəyik. Bundan sonra fəaliyyətimə Odlar Yurdu Universitetinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam edəcəyəm. Təhsilin həyatımızda, məqsədlərimizə gedən yolda rolu əvəzsizdir. Bu yolda az da olsa qatqım olacaqsa nə gözəl. Mənə göstərdikləri etimad çox dəyərlidir. Fəaliyyət göstərəcəyim müddətdə bu etimadı doğrultmağa və əlimdən gəldiyi qədər faydalı olmağa çalışacağam”.

Xəbər lenti