Logo

Bakı məktəblərində rəqəmsal summativ qiymətləndirmələr keçirilir

22.12.2022 14:55 344 baxış
IMG

2022-ci ildən başlayaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki bir sıra ümumi təhsil müəssisələrində rəqəmsal summativ qiymətləndirmələr keçirilir.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, summativ qiymətləndirmələr IV-XI siniflərdə bütün fənlər üzrə “Microsoft TEAMS” proqramı vasitəsilə aparılır.

Summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədləri təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və ümumi təhsil müəssisələrində kağız israfının qarşısının alınmasından ibarətdir.

Xəbər lenti