Logo

Bakıda 7-ci sinif şagirdi öldü

22.12.2022 15:24 1340 baxış
IMG

22 dekabr 2022-ci il tarixində saat 13:00 radələrində paytaxtdakı 285 nömrəli tam orta məktəbin VII sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) səhhətində yaranan problemlə bağlı halı pisləşib.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, məktəbin tibb işçisi tərəfindən dərhal həkim tövsiyəsinə uyğun olaraq (məktəbli səhhətindəki problemə görə həkim nəzarətində idi) müdaxilə edilib, ilkin tibbi yardım göstərilib:

"Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdin ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Ancaq bunlara baxmayaraq təəssüflər olsun ki, şagird təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib".
 

Xəbər lenti