Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində paytaxt üzrə 69 layihə qalib olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Tehsil.biz"ə bildirilib ki, onlardan 24-ü ümumi təhsil müəssisələri kateqoriyası, 45-i isə fərdi layihələr kateqoriyası üzrə fərqlənib.
Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.