Logo

Bişkekdəki Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi ziyarət edilib

23.12.2022 11:55 249 baxış
IMG

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin fəaliyyətə başlaması ölkə ictimaiyyətinin marağına səbəb olub.

Tehsil.biz xəbər verir ki, “Mərkəzi Asiyada Tərəqqipərvər Azərbaycanlıların Birliyi” ictimai təşkilatının sədri, layihənin rəhbəri Xansıvar Baxşəliyev bildirib ki, bu günlərdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin konsulu Mübariz Cəfərov, “Azəri” İctimai Birliyinin fəxri prezidenti Akif Alaferdov, Qırğız hökuməti yanında Yerli Özünüidarəetmə və Millətlərarası Münasibətlər üzrə Dövlət Agentliyinin millətlərarası münasibətlər şöbəsinin müdiri Baqışbek Raimbekov mərkəzi ziyarət ediblər.

Qonaqlara məktəbin fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat verilib. Azərbaycan və qırğız dillərində dərslərin keçiriləcəyi siniflər və xoreoqrafiya zalı nümayiş etdirilib. Qeyd edilib ki, mərkəzdə milliyyətindən və yaşından asılı olmayaraq, hər bir şəxsin təhsil alması üçün şərait yaradılıb.

Xəbər lenti