Logo

İnformatika müəllimləri üçün təşkil olunan təkmilləşdirmə dərsləri yekunlaşıb

23.12.2022 12:33 407 baxış
IMG

Son illərdə məktəblilərin informatika fənni üzrə nailiyyətləri artan tendensiya ilə davam edir. Bu da öz növbəsində ümumtəhsil müəssisələrinin müəllimləri arasında informatika fənni üzrə olimpiada proqramının mənimsənilməsinə tələbat yaradır.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, imtahan əsasında seçilmiş müəllimlərə 6 həftə boyunca 12 saat ərzində fundamental proqramlaşdırma mövzuları izah edilib və 150-yə yaxın alqoritmik məsələ həll olunub. Müdavimlər paytaxt ümumtəhsil müəssisələrini və bölgələri əhatə edib. Təlimin sonunda müdavimlər Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yekun imtahanlara cəlb olunublar.

Qeyd edək ki, məktəblilərin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

Xəbər lenti