Logo

ASAPES-in qalib tələbələri təltif edilib - FOTOLAR

23.12.2022 14:59 270 baxış
IMG

Sumqayıt Dövlət Universitetinin yaranmasının 60 illiyi münasibətilə Azərbaycan Tələbə Futbol Federasiyasının ali təhsil müəssisələri arasında təşkil etdiyi mini-futbol turnirinin qalibi olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) komandasının məqşçi və oyunçu heyəti bu gün akademiyanın rəhbərliyi tərəfindən mükafatlandırılıb.

Bu barədə "Tehsil.biz"ə akademiyadan bildirilib.

Qeyd olunub ki, ASAPES-in İdman işləri üzrə prorektoru, Olimpiya çempionu Fərid Mansurov futbolçuları təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Xəbər lenti