Logo

Nazir Saatlıda vətəndaşları qəbul edib - FOTO

23.12.2022 15:35 389 baxış
IMG

Dekabrın 23-də elm və təhsil naziri Emin Əmrullayev Saatlı, İmişli, Sabirabad və Beyləqan rayonlarında qeydiyyatda olan sakinləri qəbul edib.

Tehsil.biz xəbər verir ki, qəbulda qeyd olunan ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Xəbər lenti