Logo

AzTU-nun basketbol komandasından böyükhesablı qalibiyyət

23.12.2022 15:57 319 baxış
IMG

Dekabrın 15-də Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə start götürən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən yarışlarda bu dəfə AzTU-nun rəqibi Bakı Mühəndislik Universitetinin (BMU) komandası olub. Maraqlı keçən qarşılaşmada oyun 94:46 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.

Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir.

Xəbər lenti