Logo

“Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda tədbir baş tutub

23.12.2022 16:10 413 baxış
IMG

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Ağayrı kənd tam orta məktəbində “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda tədbir təşkil olunub.

Tehsil.biz xəbər verir ki, çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov bildirib ki, narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir. Son illər Respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli gücləndirlib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında o cümlədən, məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazidd əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.

Sonra müzakirə olunan mövzular ətrafında çıxışlar dinlənilib və narkomaniya bəlasının acı nəticələri, erkən nikahların fəsadları məktəblilərin diqqətinə çatdırılıb.

Tədbir zamanı həmçinin, daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmət barədə ətraflı məlumatlar verilib.

Xəbər lenti