Azərbaycanlı tələbə Zülfiyyə Kişiyeva dünyanın ən məşhur universitetinə 100 % təqaüdlə qəbul olunub.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd olunub ki, o, dünyanın ən önəmli universitetlərindən hesab edilən Stanford Universitetinə daxil olduğunu və 85 min dollar (təxminən 145 min manat) təqaüd alacaq.
Məlumata görə, Xaçmazda anadan olan Z.Kişiyeva təhsilini Bakıda Gənclik İstək liseyinə davam etdirib. İstək liseyi bağlandıqdan sonra isə Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasına gedib, bu ilin yayında oradan məzun olub.