Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorlarının peşəkarlığının artırılması, əməkdaşlığın möhkəmləndirilməsi və həmkarlar arasında fərdi praktik təcrübələrin mübadiləsi məqsədi ilə yaradılan Direktorların Təlim Mərkəzi öz fəaliyyətinə başlayıb.
Tehsil.biz xəbər verir ki, Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbdə həyata keçirilən ilk təlimin mövzusu “Məktəb sənədlərinin təşkili” olub. Təlim müddətində “Məktəb sənədlərinin aparılması və saxlanması”, “Tədris-pedaqoji sənədlər”, “Maliyyə-təsərrüfat sənədləri” və digər mövzular barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, təlimçilər seçilərkən elektron qaydada hazırlanan sorğunun nəticəsinə əsasən təlimçi direktor olmaq istəyən şəxslər müəyyənləşib və mövzulara uyğun təlabata görə təlimlərin keçirilmə ardıcıllığı və müdavimlər siyahısı müəyyən olunub. Gəncə şəhər ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə keçirilən təlimlər növbəli şəkildə Regional Təhsil İdarəsinin tabeliyində olan digər ümumtəhsil məktəblərinin direktorları üçün də keçiriləcəkdir.