"Hazırda növbəti tədris ilinin əvvəlində Şuşada və Ağdamda olan 960 nəfərlik məktəblər təhvil veriləcək".
"Tehsil.biz"in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.
Nazir bildirib ki, Suqovuşanda məktəbin tikintisi artıq bitib:
"Eyni zamanda Zəngilan, Kəlbəcər, Füzuli şəhərlərində peşə-liseyin layihələndirilməsinə başlanılıb”, - E.Əmrullayev qeyd edib.