Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən VII Könüllülük Proqramı həyata keçirilir.
BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, VII Könüllülük Proqramına 100-dən çox gənc elektron qaydada ([email protected]) müraciət edib. Onlardan 70 nəfər müvafiq meyarlar əsasında müsahibəyə çağırılıb. Seçimlərin nəticələrinə uyğun olaraq, 27 nəfər BŞTİ–nin müvafiq struktur bölmələrinə könüllü kimi cəlb olunub.