Elm və Təhsil Nazirliyi 2022-ci il üzrə icma əsaslı məktəbəqədər təhsil qruplarının statistikasını açıqlayıb.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, ölkə üzrə 55 rayon və şəhərdə icma əsaslı 847 məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir.
Həmin qruplarda 15 min 177 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.