Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərdə şagirdlərə Yeni il bayramına həsr olunmuş şənlik üçün biletlər satılır.
Bu barədə "Tehsil.biz"in redaksiyasına daxil olan məlumatda bildirilib.
Qeyd olunub ki, biletlərin satılmasında məqsəd pul qazanmaqdır.
Belə ki, 10 manata satılan biletlər Sumqayıt və Abşeron üzrə məktəblərə paylanılıb.
Məlumatı dəqiqləşdirmək məqsədi ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etdik. İdarədən "Tehsil.biz"ə məsələnin aydınlaşdırılacağı bildirildi.