Logo

Rauf Hacıyevin 100 illik yubileyi keçiriləcək

24.12.2022 18:46 378 baxış
IMG

Dekabr ayının 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

"Tehsil.biz"in məlumatına görə, gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edəcək. Azərbaycan Respublikasının Əməkdar artisti Ceyla Seyidova tamaşaçılara öz ifasını təqdim edəcək.

Proqramda bəstəkarın 1 saylı "Gənclik simfoniyası", violin və simfonik orkestr üçün Кonsert və "Simfonik rəqslər" səslənəcək.

Xəbər lenti